Putinin cədvəlində onun adı yoxdur – Peskov

“Rusiya Prezidenti Vladimir Putinin hələlik Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxlamaq planı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Hazırda prezidentin planlama cədvəlində yüksək səviyyədə əlaqə nəzərdə tutulmayıb. Lakin lazım gələrsə, bu, mümkündür. Telefon danışıqlarını kifayət qədər tez təşkil etmək olar”, – Peskov bildirib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin KTMT-dəki fəaliyyətinin dondurulduğunu açıqlamışdı.

Ayşən Mustafa
Globalinfo.az