Paşinyan növbəti kapitulyasiyaya hazırlaşır – Xaçatryan

“Ermənistan hakimiyyəti sərhədlərin delimitasiyası çərçivəsində Tavuşdakı əraziləri (Qazaxın kəndləri – red.) Azərbaycana verməyə hazır olduğunu bəyan edərək növbəti kapitulyasiyaya razılaşıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçatryan deyib.

Deputat baş nazir müavininin delimitasiya ilə bağlı açıqlamasının sadəcə reallığı gizlətmək məqsədi daşıdığını bildirib:

“Baş nazirin müavini Mqer Qriqoryan dedi ki, delimitasiyanın Tavuşdan başlanması ilə bağlı razılaşma yoxdur. Lakin bu, doğru deyil. Qriqoryanın açıqlaması onu deməyə əsas verir ki, Paşinyan Azərbaycan Prezidentinin bütün tələblərini birtərəfli qaydada yerinə yetirməyə razılaşıb. Baş nazirin müavininin dediyi sözlər bu reallığı gizlətmək üçündür”.

Ayşən Mustafa
Globalinfo.az