
“Ermənistan vətəndaşları öz dövlətlərini yad cisim kimi qəbul edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, hökumət nümayəndələrinin vətəndaşlarla yaxın əlaqədə olmasının vacibliyini vurğulayıb:
“Biz qapalı iclaslarda müzakirə etdiyimiz məsələləri insanlara çatdırmalı, detalları onlara deməliyik. “Real Ermənistan” idealogiyasının əsaslarından biri də qayğıkeş cəmiyyətin formalaşdırılmasıdır. Məsələn, yol çəkəndə üzərində boru çəkilməməlidir. Mikro sahibkarlıq sistemi həyata keçirildiyi zaman bir şirkəti 7 yerə bölüb idarə etmək də buna uyğun gəlmir. Bütün bunlar əslində dərin psixoloji-sosioloji problemdir”.
Ayşən Mustafa
Globalinfo.az