Paşinyan rəsmən ELAN ETDİ: “Mühacirətdə “Qarabağ hökuməti”…”

“Qarabağı tərk edən bəzi şəxslər Ermənistanın təhlükəsizliyinə təhdid yaradırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan “mühacirətdə “Qarabağ hökuməti”ni tanımır.

“Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və həmin hökumət hazırda bu salonda oturur”, – Paşinyan vurğulayıb.

Xatırladaq ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibəsində deyib ki, “mühacirətdə olan Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir”.

Əliyar Xəlil
Globalinfo.az