pasinyan 1134

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvaya çatıb.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Biz Moskvaya gəldik”, – Paşinyan yazıb.

Qeyd edək ki, Paşinyan MDB-yə üzv ölkələrin başçılarının iclasında iştirak edəcək.

***14:42

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfərə yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə baş nazir administrasiyası məlumat yayıb.

Səfərin 7-8 oktyabr tarixlərini əhatə edəcəyi açıqlanıb.

Məlumata görə, Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: