Paşinyan Rusiyanın bu həmləsindən qorxur – Melkonyan

“2025-ci ilin əvvəlində Rusiyanın Cənubi Qafqazdakı gələcəyi bəlli olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Sergey Melkonyan deyib.

Onun fikrincə, Rusiya-Ermənistan münasibətlərində dönüş nöqtəsi hələ də keçilməyib.

“Paşinyan bəyan etdi ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu təhlükəsizliyin qarantı deyil, əksinə təhdiddir. Görünür, Paşinyan Rusiyanın hərbi mövcudluğunu nəzərə alaraq Moskvanın Ermənistanda çevriliş edə biləcəyindən  qorxur. Vəziyyət de-fakto Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına doğru gedir. Bu, Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu azaldacaq. Bu, Qərbin xeyirinə olacaq. Eyni zamanda, Rusiyanın Ermənistanda yalnız Türkiyə sərhədləri yaxınlığında hərbi mövcudluğu var. Bu, türk qoşunlarının hərəkətini izləməyə imkan verir. Bundan əlavə, Ermənistandan Suriyaya uçmaq çox rahatdır. Həmçinin, Ermənistanda olmaq Gürcüstanın cənubunda mövcudluq deməkdir”, – Melkonyan bildirib.

Ekspert əlavə edib ki, Ermənistan Rusiyanın başqa dövlətlərə reeksport (idxal olunan malın ya olduğu kimi, ya da cüzi dəyişikliklə başqa ölkəyə ixracı) etdiyi ilk üç ölkə arasında belə deyil.

“Hətta bu məsələdə də Ermənistan çoxlarının düşündüyü kimi Rusiya üçün xüsusi əhəmiyyət kəsb etmir. Moskva anlayır ki, Ermənistana qarşı iqtisadi sanksiyalar Rusiyanın özünə qarşı işləyəcək və əks reaksiyaya səbəb olacaq. Amma əgər Ermənistan birdən-birə ikitərəfli və çoxtərəfli müqavilələrdən çıxmaq qərarına gəlsə, o zaman özü də bugünkü imkanlarını itirə bilər”, – deyə Melkonyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az