“Ermənistan Baş naziri Nikol Paşinyan Moskvadan son dərəcə pis əhval-ruhiyyədə qayıdıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti yazıb.
Bildirilib ki, öz partiyasının elitası arasında narazılıq, gələcəyə dair qeyri-müəyyənlik, habelə Rusiya ilə bağlı bəzi dairələrdə baş nazirin Moskvaya səfərinin səmərəsiz olması barədə deyilənlər daxili gərginliyi daha da artıb.
Qəzetin mənbəsi qeyd edib ki, öz sıralarında yaranmış laqeyd ab-havanı aradan qaldırmaq üçün Paşinyan bir vasitə kimi müxalifətə yaxın iş adamlarını hədəfə alacaq:
“Müvafiq şəxslərin siyahısı tərtib edilib və hüquq-mühafizə orqanlarına həmin iş adamlarını həbs etmək tapşırılıb. Bunun üçün hökumətə xidmət edən bütün platformalar prosesə cəlb ediləcək: televiziya şirkətləri, internet saytları və sair”.
Günay Rəsulqızı
Globalinfo.az