Paşinyan kilsəyə gəldi, şok yaşadı və dərhal qaçdı

Ermənistan hökuməti ilə kilsə arasında fikir ayrılığı bir qədər də artıb.

Globalinfo.az xəbər verir ki, xüsusilə Ermənistan Blokunun təşkil etdiyi dinləmələrdə kilsə nümayəndələrinin Paşinyan administrasiyasını sərt tənqid etməsi baş nazirin hərəkətə keçməsinə səbəb olub.

“Hraparak” qəzetinin iddiasına görə, bu gün Gümrü şəhərini ziyarət edən N.Paşinyan Semi Ran kilsəsini də ziyarət edib. Paşinyan kilsəyə daxil olan zamanı Şirak yeparxiyasının arxiyepiskopu Mixail keçirdiyi dua mərasimini dayandırmaqdan imtina edib. Üstəlik, Paşinyan kilsədəki digər işçilər və keşişlər tərəfindən də xoş qarşılanmayıb. Bundan sonra isə Ermənistan baş naziri adı çəkilən kilsəni dərhal tərk edərək dini mərasimin keçirildiyi başqa bir yerə yollanıb.

Qəzetə faktı arxiyepiskop Mixail də təsdiqləyib. O, Paşinyanın kilsədə cəmi bir dəqiqə qaldığını söyləyib.

Qeyd edək ki, Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda Erməni Apostol Kilsəsi Moskvanın yanında yer alıb. Məhz buna görə kilsənin katalikosu II Qaregin Rusiya Prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılıb. Bundan sonra isə kilsə nümayəndələrindən hakimiyyətə qarşı təbliğat başlayıb.

İlkin Həsənov
Globalinfo.az