Paşinyan istefa barədə onunla razılığa gəldi – İrəvanda çalxalanma

Ermənistanın müdafiə naziri Suren Papikyan yaxın günlərdə istefaya göndəriləcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “İravunk” qəzeti yayıb.

Məlumata görə, Papikyan Paşinyanın əmri ilə diplomatik işə keçirəcək. Artıq məsələ ilə bağlı Paşinyanla Papikyan arasında razılaşmanın əldə olunduğu da bildirilib.

Qəzet Paşinyanın bu qərar sayəsində həm xaricdəki “sahiblərinin” istəyini yerinə yetirəcəyini, həm də 15 əsgərin ölümündən sonra ictimaiyyəti rahatlatmağa çalışacağını vurğulayıb.

Qeyd edək ki, Papikyan 2021-ci ildən bu vəzifəni icra edir. İxtisasca müəllim olan Papikyanın gözlənilmədən müdafiə naziri olması çoxlarında narazılıq yaratmışdı. Bununla belə Paşinyan məhz Papikyan vasitəsilə Ermənistan ordusunda özünə qarşı olan generalları nəzarət altına ala bilmişdi.

Maraqlı olan məqam isə Papikyanın Paşinyandan sonra hakim Mülki Müqavilə Partiyasında ən güclü sima olmasıdır. Onun gedişi Ermənistan hakimiyyəti daxilində çalxalanmaları daha da artıra bilər.

İlkin Həsənov
Globalinfo.az