Paşinyan Qaribaşvili ilə görüşdü

Tbilisidə Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, onlar  ikitərəfli siyasi və iqtisadi əlaqələrə aid məsələləri müzakirə ediblər.

Eyni zamanda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın bugünkü iclasının ön müzkairəsi aparılıb.

Görüş zamanı iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, regionda baş verən proseslər, sülh və sabitlik istiqamətində ardıcıl addımların atılmasının önəmi vurğulanıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana rəsmi səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Səfər çərçivəsində Nikol Paşinyanın Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcəyi, Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyasının iclasında iştirak edəcəyi bildirilib.

İclasdan sonra iki ölkə rəsmisi mətbuat konfransı keçirəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.

Əliyar Xəlil
Globalinfo.az