Paşinyan Gümrüyə gəldi, yeni müharibə ilə təhdid etdi

“Baş nazir Nikol Paşinyan və hökumət nümayəndələrinin martın 23-də Gümrüyə səfəri zamanı Tavuşda səsləndirilən təhdidlər yenidən təkrarlanıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, Nikol Paşinyan və hökumət nümayəndələrinin səfəri Gümrüdə narazılıq və etirazla qarşılanıb. Baş nazirin korteji fitə basılıb, etiraz şüarları səsləndirilib. Mühafizəçilərlə yerli sakinlər arasında toqquşma yaşanıb.

Daha sonra Paşinyan Gümrüdə xalq qarşısında çıxış edib. O, Tavuşun Voskepar kəndində səsləndirdiyi fikirləri təkrarlayıb. Baş nazir sakinlərə bildirib ki, Ermənistanın başqa alternativi yoxdur. Azərbaycanın tələb etdiyi bütün ərazilər təhvil verilməlidir ki, müharibə olmasın.

Ayşən Mustafa
Globalinfo.az