Paşinyan Ermənistan-Azərbaycan sülh müqaviləsindən danışdı

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda sülhün bərqərar olmasına gətirib çıxaracaq”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanla sülh sazişi imzalananda bölgədə sülh əldə ediləcək. Sülh müqaviləsi üzərində işlər davam edir”, – Paşinyan bildirib.