“Paşinyan anlatmaq istəyir ki, sülh olmasa…” – VİDEO

“Ermənistanda bu gün baş verənlər, hesab edirəm ki, Ermənistanın özünə xeyirdir. Ermənilər yüz illərdir ki, saxta tarix yaradırlar.”

Globalinfo.az xəbər verir ki, bu fikirləri Baku TV-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, hal-hazırda Nikol Paşinyan erməni xalqına anlatmaq istəyir ki, sülh olmasa gələcək olmayacaq.

“Lakin bəzi qara qüvvələr Paşinyana qarşı aksiyalara start verməklə onu devirmək istəyirlər. Onlar sülh istəməyən qüvvələrdir.”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomatrealda: