“Kopenhagendə, Düşənbədə və Şarm əl-Şeyxdə Azərbaycan Prezidenti İlham Əliyevdə aramızda baş tutan görüşlərdən ümumilikdə məmnunam”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir Azərbaycanla danışıqlar və sülh istiqamətində əldə olunan müsbət irəliləyişlərdən razı qaldığını bildirib.
“İki ölkə arasında sülh bərqərar olub. Bu reallığı görməmək çətindir. Hazırda sülhün institusionallaşması prosesi gedir”, – Paşinyan qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az