“Beləliklə, baş nazir Nikol Paşinyan Ermənistanda “dördüncü respublikanın” yaradılmasına başlandığını elan etdi: birinci – Ararat və ya İrəvan Respublikası 1918-1920; ikinci – Ermənistan SSR 1920-1991; üçüncü Ermənistan Respublikası – 1991-indiki”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, həm adı, həm də xüsusiyyətləri ilə təəccüblü şəkildə “Üçüncü Reyx”i xatırladan “üçüncü respublika” Ermənistan dövlətçilik forması təkcə nömrələnməsinə görə deyil, eyni zamanda yarandığı dövrdə qonşu Azərbaycan ərazisinin bir hissəsinin özünə birləşdirilməsini və Türkiyəyə torpaq iddialarını elan etməsi ilə də bənzəyirdi:
“Üçüncü respublika” ideologiya olaraq faşizmin erməni formasını – Çeraxkonizmi (Nejdizmi) seçmişdi. İndi Paşinyan birtərəfli olaraq, “üçüncü respublikanın” ərazi iddialarından qanunvericilik yolu ilə imtina etmədən, “ikinci respublika”nın sərhədlərini, yəni kommunist müstəmləkə hakimiyyətinin qərarlarını qanuniləşdirmək istəyir.
2020-ci ildə “Ermənistan Üçüncü Reyxi”nin təslim olmasından sonra Paşinyanın qondarma “dördüncü respublika”sı Bakının Sovet Kommunist hakimiyyətinin Azərbaycana qarşı işğalçı, cinayətkar siyasətinin nəticələrini tanımasını istəyir. Üstəlik, bu, məğlub olmuş “Ermənistan Üçüncü Reyxinin” ilhaqçı hüquqi əsaslarından imtina etmək demək deyil.
Mənim bir sualım var? Paşinyan həqiqətən də buna razı olacağımızı düşünürmü?
Gördüyümüz kimi, “Koka-Koladan da gənc” olan real erməni dövlətçiliyinin məqsədi kapitulyasiyadan sonra Azərbaycan torpaqları hesabına özünə ərazi bonusu əldə etməkdir”.
Əliyar Xəlil
Globalinfo.az