Paşinyan: “Bu, yeni müharibənin olmayacağına zəmanət vermir”

Tavuş ərazisindən sərhədlərin delimitasiyasının başlanması növbəti  müharibənin qarşısını ala bilər.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, sözügedən proses belə müharibənin başlamayacağına zəmanət vermir:

“Delimitasiya mütləq aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”.

N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir.

Safura Bənnayeva
Globalinfo.az