Paşinyan gözlənilməz qərar ərəfəsində – Ciddi təhlükə var

Paşinyan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Artıq erməni mediası da bu haqda geniş materiallar dərc edir. Xüsusilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsindən sonra bu addım diqqət çəkir.

Maraqlıdır, Paşinyan bu seçkidə hansı hədəflərə çatmağa çalışır? Onu bu addımı atmağa hansı şərtlər, təhlükələr sövq edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural ismayılov deyib ki, Paşinyan Ermənistana xarici təsirlərin olduğunu anlayır:

”Xüsusilə Rusiyanın bu ölkədəki gücü hər kəsə bəllidir. Ona görə də Nikol kreslosunu sağlamlaşdırmaq istəyir. Bunun üçünsə ilk növbədə parlamentdə dəstəkçilərin sayını artırmalıdır. Ehtimal növbədənkənar parlament seçkiləri ilə bağlı qərar bundan qaynaqlana bilər.

Maraqlıdır ki, Paşinyan və komandası sonuncu seçkilərdə verdiyi vədlərin heç birini yerinə yetirməyib. Düzdür, burada dəyişən şərtlərin də payı var, lakin bütövlükdə Paşinyanın seçkilərdəki vədləri tamamilə fərqli olacaq.

Hesab edirəm, Paşinyana növbədənkənar seçkilərlə bağlı Qərbdən də sifariş gəlib. Əslində, buna getməyə bilər, lakin Rusiyanın təzyiqlərini nəzərə alsaq, görünür, məcbur olacaq”.

Turan Rzayev
Globalinfo.az