Paşinyan “bu dağı “qaytarmalıyıq” demişdi – Həyəcan başladı

Nikol Paşinyanın son vaxtlar səsləndirdiyi fikirlər Ermənistanda təşviş yaradıb.

Globalinfo.az xəbər verir ki, erməni baş nazirin xüsusilə əhalinin vətənpərvərlik anlayışının dəyişməsi barədə fikirləri sualların yaranmasına səbəb olub. Bu həmçinin baş nazirin ermənilərin düşüncə tərzini dəyişdirməkdə maraqlı olması məsələsini gündəmə gətirib.

Onun çıxışında ərazi iddialarından tam imtinası müəyyən kəsimdə narazılığa gətirib çıxarıb. Narazılıq isə daha çox aşağıdakı çıxışla bağlıdır:

“Ermənistan gərək bəyan etsin ki, onun ərazi ambisiyaları yoxdur və olmayacaq. Bu, yeganə prinsipdir ki, bizə dövlətə sahib olmaq şansı verəcək. Əks təqdirdə hər şeyi edəcəklər ki, biz dövlət olmayaq və onlar indi bunu edirlər”.

Qeyd edək ki, Paşinyan daha əvvəlki çıxışında Ermənistanın Ağrı dağına iddialarından əl çəkməsi gərəkdiyini söyləyərək, həmin dağın görüntülərinin Alagöz dağı ilə əvəz edilməsi gərəkdiyini bildirmişdi.

İlkin Həsənov
Globalinfo.az