97a48fc7 4fe4 4de6 9e74 1f508829924c 1

“Azərbaycanın can atdığı sülh onun irəli sürdüyü tələblərin şərtsiz icrasını özündə əks etdirir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Artur Martirosyan deyib.

Ekspert İrəvan hökumətinin kənar dövlətlərdən asılı vəziyyətə düşdüyünü bildirib:

“Baş nazir Nikol Paşinyan administrasiyasının addımları sayəsində Ermənistanın perspektivi birbaşa regionda dost olmayan ölkədən asılı vəziyyətə düşüb. Onlar düşünürlər ki, İrəvandan artıq daha çox şey tələb edə bilərlər. Başqa sözlə, hazırda sülh gündəmi yox, müharibənin təkrarlanması təhdidi qarşılığında yeni ön şərtlər gündəmi irəli sürülür. Ermənistan böyük ehtimalla belə bir gündəmin formalaşmasında özü iştirak edir. Təəssüf ki, Paşinyan ölkə daxilində danışıqları, bizimlə söhbətlərini Bakının dili ilə aparır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: