Paşinyan Azərbaycanın ərazi bütövlüyünü buna görə tanıyıb

“Ermənistan Rusiyanın statusla bağlı təklifinə müsbət cavab verib. Oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı razılıq əldə olunub. “.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir opponentlərinə cavab verərək bildirib ki, bu qərarı səhv hesab edənlərin hamısı bununla Ermənistanın suveren dövlət olmamalı olduğunu deyirlər.

“Ermənistan bu qərarı öz ərazi bütövlüyünü qorumaq üçün verib”, – o deyib.