Paşinyan Azərbaycan sərhədinə gəlir – Yenə müharibə elanı?

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Qazaxla sərhəddə yerləşən Tavuş vilayətinin Voskepar kəndinə səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyus Armenia” məlumat yayıb.

Baş nazirin səfərinin dəqiq tarixi açıqlanmayıb.

Qeyd edək ki, bu, Nikol Paşinyanın son zamanlarda Voskepara ikinci səfəridir. İlk səfəri zamanı o, kənd əhalisi ilə görüşündə Qazaxın Tavuş bölgəsinə bitişik olan Aşağı Əskipara, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndlərinin Azərbaycana təhvil verilməli olduğunu, əks halda müharibə başlayacağını deyib. Baş nazirin çıxışı kənd əhalisi arasında narazılıqla qarşılanıb.

Ayşən Mustafa
Globalinfo.az