Paşinyan arvadı ilə finalı izlədi, ermənilər qəzəbləndi – VİDEO

1708063958 kmo 120232 27694 1 t222 105415

Ermənistanın Baş naziri Nikol Paşinyan AVRO-2024-ün finalını həyat yoldaşı Anna Akopyanla birlikdə canlı izləyib. 

Globalinfo.az xəbər verir ki, A.Akopyan bu barədə sosial şəbəkə hesabında görüntülər paylaşıb.

Görüntülərdə Paşinyan və Akopyanın İngiltərə-İspaniya qarşılaşmasını Almaniyada stadionda izlədiyi əks olunur.

Ermənistanın birinci xanımının paylaşımı sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub. Ölkədə yaranan gərgin vəziyyət fonunda baş nazir və xanımının futbol üçün səyahəti birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentində hakim fraksiyanın deputatlarının “rəsmi səfər” adı altında dövlət büdcəsinə hesabına AVRO-2024-ün oyunlarını izləmək üçün Almaniyaya getdiyinə dair məlumatlar yayılmışdı.

Ayşən Mustafa
Globalinfo.az