“Paşinyan məqsədinə çatdı. Biz neçə gündür ki, santexnika, mədə və kanalizasiya məsələlərini müzakirə edirik. Bu, siyasi manevrdir, siyasi şoudur, sadəlövhlük yox, planlaşdırılmış şoudur”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ermənistanın “Respublika” partiyasının vitse-prezidenti Eduard Şarmazanov səsləndirib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan cəmiyyətə yeni istehlak gündəmini təqdim etməklə öz məqsədinə nail olub:
“O öz məqsədinə çatıb. Milli qüvvələrin, siyasi xadimlərin, Erməni Apostol Kilsəsinin ən mühüm gündəmi – Vətənin, dövlətin, ermənilərin gələcəyi arxa plana keçib. Prioritet isə məişət səviyyəli məsələlərdir”.
Şarmazanov fikirlərini belə davam etdirib:
“Biz onu (Paşinyan -red) ələ salırıq. Amma o, öz məqsədinə çatdı. Artıq bir neçə gündür ki, santexnika gündəmini müzakirə edirik və onun arzusunda olduğu ölkədən danışırıq. Burada əsas şey ruh və ideologiya deyil. Önəmli olan mədə, tualet ve kanalizasiya sistemi mövzularıdır”, – Şarmazanov fikirlərini tamamlayıb.
Əliyar Xəlil,
Globalinfo.az