Paşinyan: “2020-ci il 5 oktyabr tarixində döyüşlər gedəndə Xankəndidə idim”

“2020-ci ilin 5 oktyabrında Xankəndidə, Müdafiə Qüvvələrinin komanda məntəqəsində idim”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasında dindirilmə zamanı deyib.

Paşinyan həmin vaxt Lələtəpə ilə bağlı bəzi iddiaların ortaya atıldığını bildirib:

“Həmin vaxt 9-cu müdafiə dairəsinin yarıldığı xəbəri gəldi. Vəziyyətin pisləşdiyini öyrənən kimi telefonla əlaqə saxlamaq əvəzinə ora getmişdim. o zaman “Qarabağın Silahlı Qüvvələrinin komandanı” Samvel Babayan idi. Nə edə biləcəyimi soruşdum. Söhbət həmin xəttin bərpasından gedirdi. Amma sonra fərziyyələr yayıldı ki, guya Serj Sərkisyanın itirdiyi Lələtəpəni geri qaytarmağı tapşırmışam. Amma elə bir söhbət əsla olmamışdı. Biz müdafiə xəttinin bərpasını müzakirə edirdik”.

Ayşən Mustafa
Globalinfo.az