Səbinə Əliyevanın da müzakirədə iştirakı istənildi – YENİLƏNİB

 

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi” üzrə müzakirələr davam edir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, məruzənin müzakirəsi zamanı çıxış edən deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın komitə iclaslarında iştirak etməməsinə diqqət çəkib.

“Səbinə xanımın bizə verəcəyi cavablarla Aydın müəllimin (Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı – red.) verəcəyi cavablar başqadır. Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir”.

***14:03

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsi Milli Məclisə daxil olub.

Globalinfo.az bildirir ki, sənəd parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədin qanunverici orqanın plenar iclasına tövsiyə olunması nəzərdə tutulub.