Parlamentdə koronavirusla bağlı dinləmə keçiriləcək

Parlamentdə koronavirus infeksiyası (COVİD-19) ilə bağlı dinləmə keçiriləcək.

Globalinfo.az bildirir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planının layihəsinə daxil edilib.

Səhiyyə komitəsi “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən digər tədbirlər barədə” dinləmə təşkil edəcək.