Parlament seçkilərinin vaxtı ilə bağlı açıqlama

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir.

Globalinfo.az bildirir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur:

“Amma buna baxmayaraq, YAP bütün seçkilərə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də hazırlıq aparır”.