Parlament büdcə layihələrini qəbul etdi

Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, qanun layihəsinə əsasən, İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 238 000 000,0 manat olacaq.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, qanun layihəsinə əsasən, Dövlət sosial müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 919 860 000,0 manat olacaq.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

X X X

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində olacaq.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.