“Park Qusar”da 4 nəfəri öldürən “gizli qüvvə” – Qurumdan açıqlama

“Ötən gün Qusar rayonunun Cağar kəndində yerləşən “Park Qusar” hotelindəki koteclərdən birində baş vermiş yanğının səbəbi məlum deyil”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirib ki, bununla bağlı hüquq mühafizə orqanları araşdırma aparır:

“Yanğın qaz sızmasından, yoxsa odun peçindən qaynaqlanıb – hələ ki məlum deyil. İstintaqın nəticəsini hüquq mühafizə orqanları açıqlayacaq. Bu barədə bizdə hər hansı məlumat yoxdur”.

Qeyd edək ki, ötən gün baş vermiş hadisə nəticəsində 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Zaira Akifqızı
Globalinfo.az