412ad38c 5fd5 3327 b30d 35944e82962f 850

Fransanın paytaxtı Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Fransadakı səfirliyinin, Diaspora üzrə Dövlət Komitəsinin dəstəyi, Diaspor təşkilatlarının təşkilatçılığı ilə Azərbaycan dili üzrə həftəsonu məktəbi uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, məktəbin açılışında Azərbaycanın Fransaya yeni təyin olunan səfiri Leyla Abdullayeva, səfirliyin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Məktəbin açılışında məqsəd Azərbaycan dilini Fransadakı uşaqlara öyrətmək, Azərbaycanın mədəniyyətini, ənənələrini təbliğ etməkdir.

a689439e 5717 3ef0 b404 a131c1138d80 0ec93a76 bebc 37b4 9b09 811d39c1093e

Paylaş: