paris 2024

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarına start verilib.

Globalinfo.az xəbər verir ki, açılış oyunları futbol matçları ilə başlayır. Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək.

Bu gün daha iki oyun keçiriləcək. Saat 21:00-da İraq-Ukrayna, saat 23:00-da isə Fransa-ABŞ yığmaları münasibətlərini aydınlaşdıracaqlar.

Qeyd edək ki, Paris Olimpiadasının rəsmi açılış mərasimi iyulun 26-da Sena çayında təşkil ediləcək.

Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.

***09:50

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarına start veriləcək.

Globalinfo.az bildirir ki, dünyanın ən böyük idman yarışı futbol matçları ilə başlayacaq.

Günün ilk qarşılaşmalarının start fiti saat 17:00-da veriləcək.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da olacaq.

Olimpiya Oyunları

Futbol yarışları

17:00. Argentina – Mərakeş

17:00. Özbəkistan – İspaniya

19:00. Misir – Dominikan Respublikası

19:00. Qvineya – Yeni Zenlandiya

21:00. İraq – Ukrayna

21:00. Yaponiya – Paraqvay

23:00. Fransa – ABŞ

23:00. Mali – İsrail

Paylaş: