Avropa liderləri ABŞ Prezidenti Donald Trampla “gərgin” söhbət edib.
Globalinfo.az xəbər verir ki, bu haqda “Bild” qəzeti məlumat yayıb.
Belə ki, ABŞ lideri ilə telefon danışığından sonra Avropa liderləri arasında narazılıq və məyusluq artıb.
Bildirilir ki, liderlər Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini gözləmir.
Qeyd edək ki, sentyabrın 4-də Parisdə Kiyevin təhlükəsizliyinə zəmanət verməklə bağlı “könüllülər koalisiyası” iclas keçirib.