Paris-2024: İlham Zəkiyev bürünc medal qazandı

 

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Globalinfo.az-ın məlumatına görə, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

*** 15:12

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazana bilər.

Globalinfo.az bildirir ki, ikiqat paralimpiya çempionu təsəlliverici görüşdə qalib gəlib.

O, Niderland təmsilçisi Daniel Kneqti ipponla üstələyib.

İ. Zəkiyev mükafat uğrunda Qanbat Daştserenlə (Monqolustan) görüşəcək.

***14:52

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanmaq şansını davam etdirir.

Globalinfo.az xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı təsəlliverici görüşdə Venesueladan olan Danitza Yoccelinlə üz-üzə gəlməli idi.

Rəqib tatamiyə çıxmadığı üçün İsmiyeva qalib elan olunub.

O, bürünc medal uğrunda ABŞ paracüdoçusu Qarsiya Kristella ilə görüşəcək.

***14:10

Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxacaq.

Globalinfo.az bildirir ki, +70 kq çəkidə mübarizə aparan idmançı təsəlliverici görüşdə fransalı Prescilliya Leze ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kərimova mükafat iddiasını davam etdirib.

***13:22

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Globalinfo.az bildirir ki, idmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib.

Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.







***13:10

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olub.

Globalinfo.az xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı Türkiyə təmsilçisi Nazan Akına uduzub.

İsmiyeva təsəlliverici görüşə qatılacaq.

***12:57

Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.

Globalinfo.az bildirir ki, idmançı 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulla üzmədə çıxış edib.

O, finişə 58.16 saniyəyə çatıb.

Saley 13 iştirakçı arasında ikinci olub. İlk 8 yeri tutan paraüzgüçü həlledici raundda mübarizə aparacaq.

Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paris-2024 sentyabrın 8-də başa çatacaq.

***12:16

Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.

Globalinfo.az bildirir ki, təcrübəli idmançı 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib.

Rəqibini uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

***12:06

Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.

Globalinfo.az bildirir ki, 70 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.

Rəqibini uduzan Kərimova təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

***11:52

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Globalinfo.az bildirir ki, 70 kq-dan yuxarı çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.