Paris-2024: Bağlanış mərasimində bayrağımızı daşıyacaq idmançılar

6598cee9 5661 3958 827f b8818be98c8c 850

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, mərasimdə ölkəmizin bayrağını taekvondoçu Qaşım Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova daşıyacaq.

Qeyd edək ki, Q.Maqomedov Paris olimpiadasında gümüş medal qazanıb. Z.Hümmətovanın yer aldığı Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası isə 5-ci pilləni tutmaqla indiyə qədər olan ən yüksək nəticəyə imza atıb.

Xatırladaq ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.