Parçalanmış dünyanın bərpası üçün körpülər salmalıyıq – Bayram Beqay

Parçalanmış dünyanın bərpası üçün körpülər salmalıyıq.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay (Bajram Begaj) Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Ukraynada davam edən müharibə sülhün qısa zamanda pozula biləcəyini göstərdi: “Avropadakı problemlər qapımızın kandarındadır. Biz təhlükəsizliklə bağlı gücümüzü birləşdirməliyik. Albaniya NATO-nun qabaqcıl tədbirlərinə töhfə verən ölkə olub. Albaniya dialoq və diplomatiyanı təşviq etməkdə ön sıralarda yer alıb”.

B.Beqay hesab edir ki, gələcək çiçəklənən, sülh içində olan Avropadan keçir: “Biz qonşuluq siyasətinin davam etdirilməsinə həm ölkəmizdə, həm də ölkəmizdən kənarda hazırıq. Artıq vaxt yetişib, dostluq, əməkdaşlıq yolunda irələməliyik. Parçalanmış dünyanın bərpası üçün körpülər salmalıyıq. Bu da sülhü təşviq edə bilər”.