Paraşütçülərimiz Konyadakı axtarış-xilasetmə təlimində – VİDEO

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub. Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.

Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

“Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.

Azərbaycan paraşütçüləri Konyada keçirilən beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edirlər

Azərbaycan paraşütçüləri Konyada keçirilən beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edirlər

Azərbaycan paraşütçüləri Konyada keçirilən beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edirlər