Ermənistan müdafiə naziri Kipr səfərini təxirə saldı – SƏBƏB

Ermənistanın müdafiə naziri Suren Papikyanın Kipr Respublikasına səfəri təxirə salınıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Aram Torosyan danışıb.

Səfərin təxirə salınmasının səbəbi açıqlanmayıb. Kipr hökuməti isə Papikyanın səfərinin regionda vəziyyətin pisləşməsi səbəbi ilə təxirə salındığını bildirib.

Ayşən Mustafa
Globalinfo.az