Papikyan Rəisi ilə görüşdü

Ermənistanın müdafiə naziri Suren Papikyan İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş zamanı Ermənistan-İran əməkdaşlığı, o cümlədən müdafiə sahəsindəki müttəfiqlik məsələləri  müzakirə olunub.

Biz regional təhlükəsizlik məsələlərinə yanaşmalarımızı da bir-birimizə təqdim etdik”, – deyə Papikyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Suren Papikyan martın 6-da İrana rəsmi səfərə gedib. O, Tehranda İranın Baş Qərargah rəisi və müdafiə naziri ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

Əliyar Xəlil
Globalinfo.az