Ermənistan hərbi büdcəsi son illərdə ciddi şəkildə artırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
Nazirin sözlərinə görə, 2018-ci ildən etibarən Ermənistanın müdafiə xərcləri 640 milyon dollardan 1,7 milyard dollara qədər yüksəlib.
Papikyan qeyd edib ki, orduda aparılan islahatlar və modernizasiya prosesi ölkənin təhlükəsizliyinin və gələcəyinin təmin olunmasına hesablanıb.
Tahir Turan
Globalinfo.az