Sentyabrın 22-də Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqosula görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı son hadisələr nəticəsində regionda yaranmış vəziyyət, təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan sərhədindəki mövcud durumun müzakirə edildiyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az