Papanın xəstəxanaya yerləşdirildikdən sonra ilk FOTOSU

roma papasi

Vatikan Roma Papası Fransisk xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə onun fotosunu yayıb.

Globalinfo.az xəbər verir ki, 88 yaşlı Papa səhər saatlarında xidmətdə iştirak edib.

O, bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi.

“Vəziyyəti stabil olaraq qalır, terapiya, həmçinin tənəffüs və hərəkət fizioterapiyası davam etdirilir”, – deyə Vatikan bildirib.

Bununla belə, həkimlər hələ də klinik mənzərəni “mürəkkəb” hesab edirlər.

1521180 0