
Sikstin kapellasında yeni Roma Papası ikinci cəhddə də seçilməyib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı binanın bacasından qara tüstü buraxılıb.
Hazırda seçkinin davam etdiyi bildirilir.
Qeyd edək ki, Papa seçimi üçün konklavın toplantısı mayın 7-də başlayıb. 2005 və 2013-cü illərdə keçirilən toplantılar cəmi iki gün davam etmişdi.
Ayşən Mustafa
Globalinfo.az