Papa onu tənqid edən yepiskopu işdən çıxardı

Roma Papası I Fransisk mühafizəkar sosial media fəalı Texas ştatının yepiskopu Cozef Striklendi işdən azad edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə yepiskop papanı tənqid edərək, onu “imanın əsaslarını sarsıtmaqda” günahlandırıb. Vatikan onun açıqlamalarından sonra fəaliyyətinin yoxlanılması üçün nümayəndələr göndərib. Yepiskop Strikled nə olusa olsun, istefa verməyəcəyini deyib. Daha sonra Papa onu işdən azad edərək yerinə başqasını təyin edib.

Məsələ xristian aləmində müzakirələrə səbəb olub.