Papa Fransiskin son vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Roma Papası Fransiskin vəziyyəti yaxşılaşmağa doğru gedir.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni deyib.

“Klinik mənzərə getdikcə yaxşılaşır və planlı müalicə davam edir. Pontifik yaxşı istirahət edib, səhər yeməyindən sonra bir neçə qəzet oxuyub və işinə qayıdıb”, – deyə o bildirib.

Qeyd edək ki, 86 yaşılı Papa Fransisk rutin müayinə üçün xəstəxanaya yerləşdirilib.