Papa əsəbiləşdi: “Xanım, bir çox uşaq acdır, siz isə itlə gəlirsiniz!”

Roma Papası ailələrin ev heyvanlarının uşaq əvəzinə istifadə edilməsini tənqid edib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Romada keçirilən tədbirdə Papa Fransisk doğum və ölüm arasındakı fərqin rekord həddə çatmasından narahatlığını ifadə edib:”Keçən il İtaliyada doğumların ən aşağı səviyyəyə çatdığını öyrəndim: cəmi 393 min yeni doğum qeydə alınıb. Bu, gələcək üçün böyük narahatlıq doğuran məlumatdır”.

O qeyd edib ki, doğulan uşaqların sayı azdırsa, deməli, insanların ümidi də azdır.

“15 gün əvvəl bir mərasimdə insanları salamlayırdım. Təxminən 50 yaşlarında olan bir qadının qarşısına çıxdım. Qadınla salamlaşdım, çantasını açıb dedi ki, övladıma xeyir-dua verəbilərsiniz?” Səbrimi itirdim və qadını danladım: “Xanım, bir çox uşaq acdır, siz isə itlə gəlirsiniz!”, – Papa deyib.

Papanın bu sözləri salonda alqışlarla qarşılanıb.