Papa dünyaya çağırış etdi

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ölkələri silahlanma yarışını dayandırmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, Papa qarşılıqlı etimadı bərpa etməyin zəruriliyindən danışıb.

“Hərbi istiqamətdə xeyli vəsait xərclənir və mövcud vəziyyətə görə bu, artmaqda davam edir. Ümid edirəm, beynəlxalq ictimaiyyət tərksilahın  mənəvi öhdəlik olduğunu başa düşəcək”, – Papa bildirib.