Kremlin adamından gözlənilməz çağırış: Moskvada nə baş verir?

“Rusiya qısa zamanda Ukrayna müharibəsini bitirməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya hakimiyyətinin təbliğatçılarından sayılan “Komsomolskaya Pravda” radiosunun aparıcısı İvan Pankin deyib.

“Xüsusi hərbi əməliyyatı mümkün olduğu qədər tez bitirmək lazımdır. Söhbət geri çəkilməkdən getmir. “Bunu biz başlamamışdıq”, – deməməliyik. Hər şeyi artıq bitirməliyik. Əks təqdirdə nəticə yaxşı olmayacaq. “Müharibəyə yox”, – cümləsini yazıb, qışqırmaq istəyirəm”.

Qeyd edək ki, bundan öncə bir sıra rusiyalı təbliğatçılar (hərbi jurnalistlər) Ukraynadakı müharibədə Moskvanın mövqeyini tənqid etmişdilər. Onlar Rusiya rəhbərliyinin Ukraynadakı itkilərə görə məsuliyyət daşıdığını bildirərək Prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu ittiham ediblər.

Əliyar Xəlil
Globalinfo.az