Pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 49 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 23 nəfər isə sağalıb, 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 316 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 834 nəfər müalicə olunaraq sağalıb, hazırda 244 aktiv xəstə var. Bu günə qədər 10 238 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 081, bu günə qədər isə ümumilikdə 7 588 338 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 248 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 960 299 olub.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 248 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 128, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 960 299, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 593, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 835, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 727, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 144 nəfər təşkil edir.