Pandemiya və vaksinasiya ilə bağlı son məlumat

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 201 nəfər müalicə olunaraq sağalıb, 10 260 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir.

Ölkədə son sutka ərzində 827, hazırkı dövrədək isə 7 600 248 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a a verilən məlumata görə, son sutkada birinci, ikinci və pozitiv nəticədən sonra buster doza üzrə peyvənd vurulmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 olub.

Vurulan vaksinlərin ümumi sayı 13 962 793, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 991, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 536, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 080, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 186 nəfər təşkil edir.