Pandemiya və vaksinasiya ilə bağlı son məlumat

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 28 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 19 nəfər isə sağalıb, 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 414 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 892 nəfər müalicə olunaraq sağalıb, hazırda 277 aktiv xəstə var. Bu günə qədər 10 245 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1237, bu günə qədər isə ümumilikdə 7 592 173 test icra olunub.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 935 vaksin vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 99, ikinci doza üzrə 656 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 170 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 10 nəfər təşkil edib.